"Milan" italiyalı müdafiəçi Alessandro Florensi ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə “rossoneri”nin mətbuat xidməti məlumat yayıb.
34 yaşlı futbolçu son 4 ilini "Milan"da keçirib. Ümumilikdə o, 77 matçda iştirak edib, 4 qol vurub. Komanda ilə birlikdə İtaliya çempionluğunu və Superkubokunu qazanıb. Florensi ötən mövsüm "Milan"ın heyətində cəmi bir oyun keçirib.
Onun əvvəlki karyerası “Roma”, “Valensiya” və PSJ-də olub. O, İtaliya millisində 49 oyun keçirib.
"Milan" ötən mövsümün sonunda avrokuboklara vəsiqə qazana bilməyib.