Donetsk "Şaxtyor"u "Fənərbağça"nın 2 futbolçusunu heyətinə qatmağa yaxındır.
Fanat.Az xəbər verir ki, İstanbul klubunun müdafiəçisi 26 yaşlı İsmayıl Yüksək və cinah yarımmüdafiəçisi 29 yaşlı İrfan Kahveci Ukrayna klubunda oynamağa ilkin razılıqlarını veriblər.
Bu barədə “Haberler” məlumat yayıb.
Mənbənin məlumatına görə, futbolçularla ilkin danışıqları “şaxtaçılar”ın yeni baş məşqçisi Arda Turan aparıb və şəxsən onlara zəng edib.
İndi "Şaxtyor"la "Fənərbağça" ilə danışıqlara başlayacağı gözlənilir. Klublar razılığa gələ bilsələr, futbolçular Ukraynaya yollanacaqlar.
İrfan ötən mövsüm "Fənərbağça"nın heyətində 42 matça çıxıb, 3 qol vurub, 4 məhsuldar ötürmə verib. İsmayıl isə oynadığı 20 matçda məhsuldar göstəricilərlə diqqət çəkməyib.
Mirağa