"Real Madrid"in keçmiş baş məşqçisi Karlo Ançelotti gənc futbolçulara güvənmək istəmədiyi üçün İspaniyada hələ də tənqid olunur.
Fanat.Az xəbər verir ki, AS nəşri bununla bağlı italiyalı mütəxəssisin oğlu və onun Madrid nəhəngindəki keçmiş köməkçisi David Ançelottiyə sual ünvanlayıb:
"Niyə gənclərdən istifadə etmədik? Əvvəla, komandada çoxlu əla oyunçular, ulduzlar var. Hansı ki, klub onlara böyük pullar yatırıb. Akademiyadan olan futbolçular öz keyfiyyətlərini nümayiş etdirmək üçün ardıcıl 10-15 matça ehtiyac duyurlar. "Real Madrid"in isə buna vaxtı yoxdur. Amma mən gənc futbolçulardan tamamilə imtina etməyimizlə bağlı iradlarla razılaşmıram".
Xatırladaq ki, Ançelotti mayın sonunda postundan ayrılaraq, dörd il “Real”da köməkçisi kimi çalışmış oğlu Davidlə birlikdə Braziliya millisinə keçib.
“Real” son La Liqada ikinci olub.
Mirağa