Lionel Messinin çıxış etdiyi "İnter Mayami" klubu argentinalı ulduz futbolçu ilə bağlı rəsmi açıqlama yayıb.
Fanat.Az xəbər verir ki, MLS klubu müqaviləsinin müddəti 2025-ci ilin sonuna qədər olan hücumçu ilə yeni anlaşmanın əldə olunub-olunmayacağı barədə narahatlığa son qoymağa çalışıb:
“Leonun 2025-ci ilin sonuna qədər müqaviləsi var. Həqiqət budur ki, hər iki tərəf bu münasibəti davam etdirməkdə maraqlıdır. Bunun reallaşması üçün düzgün düşüncə ilə lazımi addımlar atılır”.
Messi 2023-cü ilin yayında PSJ-dən ayrıldıqdan sonra karyerasını Avropadan kənarda davam etdirmək qərarına gələrək "İnter Mayami"yə keçib. Bu mövsüm o, ABŞ təmsilçisinin heyətində 24 oyun keçirib, 16 qol vurub və 6 məhsuldar ötürmə edib.
Mirağa