ABŞ-də təşkil olunan klublararası dünya çempionatında sonuncu 1/8 final mərhələsinə bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, əvvəlcə iki Avropa nəhəngi üz-üzə gələcək.
"Real Madrid"lə "Yuventus"un görüşü saat 23:00-da başlayacaq.
Bu komandaların qalibinin 1/4 finaldakı rəqibi "Borussiya Dortmund" - "Monterrey" görüşündə müəyyənləşəcək. Almaniya və Meksika təmsilçilərinin dueli Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.
Klublarareası dünya çempionatı iyunun 15-də başlayıb və iyulun 13-də başa çatacaq.