İyulun 2-dən 16-dək Avstriyada təlim-məşq toplanışında olacaq “Qarabağ”ın keçirəcəyi daha bir yoxlama görüşündəki rəqibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu "köhlən atlar" yerli komandalardan biri ilə üz-üzə gələcək. İyulun 7-də Ukrayna təmsilçisi “Metallist 1925”lə qarşılaşacaq "Qarabağ"ın digər rəqibi “Zalsburq” olacaq. Avstriya Bundesliqasının gümüş mükafatçısı ilə matçın tarixi hələlik dəqiqləşdirilməyib.
Qeyd edək ki, “Qarabağ”ın Avstriya toplanışı çərçivəsində 3 oyun günündə ümumilikdə 4 yoxlama görüşü nəzərdə tutulub.