"Sabah"ın UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Sele" yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, bu barədə Sloveniya klubunun rəsmi saytı məlumat yayıb.
29 yaşlı yaşlı sloveniyalı yarımmüdafiəçi Andrey Kotniklə 1 illik müqavilə imzalanıb. O, son olaraq Çinin "Dalian Kun Siti" klubunda çıxış edib.
Qeyd edək ki, "Sabah" ilə "Sele" arasında ilk oyun iyulun 10-da "Bank Respublika Arena"da olacaq və saat 20:00-da start götürəcək. Cavab görüşü isə iyulun 17-də Sloveniyada keçiriləcək.