“Zirə” klubu yeni transferini açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Qartallar” “Sumqayıt”dan ayrılan Rövlan Muradovu heyətinə qatıb. Onunla “2+1” illik müqavilə imzalanıb.
27 yaşlı futbolçu 2023-cü ilin yayından "Sumqayıt"ın formasını geyinirdi.