“Şamaxı” futbolçusu Vüsal Məsimovla yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Bölgə təmsilçisi Məsimova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, "Şamaxı" daha öncə Kamal Bayramov (karyerasını bitirib), Brahim Konate, Leroy Mikels, Vasiliye Bakiç, Vasiliye Radenoviç, Maykl Tuik, Fəxri Məmmədli ("Sabah", icarə müqaviləsi bitib), Murad Vəliyev, Rauf Rüstəmli ("Sabah", icarə müqaviləsi bitib) və Cəlal Hüseynovla ("Arda"/Bolqarıstan, icarə müqaviləsi bitib) əməkdaşlığa son qoyub. Emil Süleymanov ("Qəbələ", icarə), Oruc Məmmədov ("Səbail") və Həbib İsmayılovun ("Neftçi) timsalında 3 transfer reallaşdıran "bənövşəyilər" Rikardu Fernandeş, Alfons Msanqa, Abdulla Seydəhmədov və Rafael Məhərrəmli ilə müqavilə yeniləyiblər.