Yeni mövsümə hazırlıq görən və heyətində əsaslı dəyişiklik edən "Kəpəz" iki yeni transfer reallaşdırmaq üzrədir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Gəncə klubu tezliklə iki legionerin keçidini elan etməyə hazırlaşır.
Onlardan biri portuqalyalı müdafiəçi Pedru Qomeş, digəri monteneqrolu yarımmüdafiəçi Vasiliye Terziçdir.
Xəbəri saytımıza təsdiqləyən "Kəpəz"in İdarə Heyətinin üzvü, idman məsələləri üzrə müşavir Erkin İbrahimov Terziçin artıq Azərbaycanda olduğunu, Qomeşin isə yaxın günlərdə düşərgəyə təşrif buyuracağını bildirib: "Hər ikisi müqaviləyə gəlir. Tibbi baxışdan keçdikdən sonra münasibətlər rəsmiləşdiriləcək".
Pedru Qomeşin son klubu "Boavişta" olub. 22 yaşlı stoper "sarı-göylər"ə azad agent kimi qoşulacaq.
26 yaşlı Vasiliye Terziçin son klubu isə "Otrant-Olimpik" olub. Monteneqro təmsilçisi ilə anlaşması bitən yarımmüdafiəçi də gəncəlilərə azad agent statusu ilə qoşulacaq. O, başa çatan mövsümdə komandasının heyətində 13 oyuna çıxıb.
Mirağa