"Atletiko Madrid" yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, "Atalanta"nın sol cinah müdafiəçisi Matteo Ruggeri İspaniya nəhənginə keçib.
Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı italyan futbolçu ilə müqavilə 5 il müddətinə - 2030-cu ilin yayına kimi nəzərdə tutulub. Yerli mətbuat Ruggerinin transferinin "Atletiko"ya 20 milyon avroya başa gəldiyini vurğulayıb.
Ruggeri "Atalanta"nın yetirməsidir. O, 2021/22 mövsümünü "Salernitana"da icarə əsasında keçirib. 2024/25 mövsümündə bütün yarışlarda 38 matça çıxaraq 3 məhsuldar ötürmə edib. O, İtaliyanın U-21 yığmasında 16 oyun keçirib.