Növbəti mövsümdən 2-ci Liqada çıxış edəcək "Qaradağ Lökbatan"ın yeni baş məşqçisi Kamal Quliyevin köməkçiləri müəyyənləşib.
Bu barədə Fanat.Az-a Quliyev özü məlumat verib:
"Əsas köməkçim Həbib Ağayev olacaq. Qapıçılarla işləyən məşqçimiz Etibar Şükürovdur, o, işində qalır. Bundan başqa, daha bir məşqçi ilə danışıq aparıram. Alınsa, onu da məşqçi korpusuna cəlb edib yolumuza bu heyətlə davam edəcəyik".
Qeyd edək ki, Azərbaycan millisinin sabiq üzvü, tanınmış futbol veteranlarından olan Kamal Quliyev məşqçiliyə yeni qayıdıb. Uzun illər Azərbaycan millisinin şərəfini qorumuş Kamal "Xəzər" Sumqayıt, "Neftçi", "Karvan", "Standard, "Voln" (Ukrayna) kimi klubların şərəfini qoruyub, köməkçi məşqçi kimi "Neftçi" ilə, baş məşqçi kimi isə "Neftçala" ilə ölkə çempionluğunu qazanıb.
Mirağa