"Şamaxı"nın əvəzedici komandasında köməkçi-məşqçi olan Namiq Əliyevin bölgə təmsilçisindən ayrıldığını, onun yeni iş yerinin "Sumqayıt" ola biləcəyini xəbər vermişdik.
"Pele" ləqəbli mütəxəssis Fanat.Az-a açıqlamasında xəbərimizi təsdiqləyib:
"Şamaxı" ilə müqaviləmizin müddəti bitmişdi. Neçə illərdir evdən kənarda işləyirdim, qayıtmaq istəyirdim. Ona görə rəhbərliklə görüşmədən ayrıldım. İnşallah, "Sumqayıt"da çalışacağam. Düzdür, hələ dəqiq deyil, amma aramızda belə söhbət olub. Hansı yaş qrupunda işləyəcəyimi yaxın günlərdə biləcəyəm. Gələn həftənin çərşənbə axşamı görüşümüz olacaq, yeni komandam orda dəqiqləşəcək".
Qeyd edək ki, "Şamaxı"nın əvəzedici komandasının baş məşqçisi Məqsəd Yaqubəliyev idi. Onun "Mingəçevir"də Ramiz Məmmədovun köməkçisi olacağı gözlənilir.
Mirağa