"Qarabağ" gənc qapıçısı Sadiq Məmmədzadəni Avstriyaya təlim-məşq toplanışına aparmayıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb onun Ağdam təmsilçisindən ayrılmaq üzrə olmasıdır.
19 yaşlı qolkiper karyerasını Serbiyada davam etdirəcək. Hələ qışda "Belqrad" klubunda baxışda olan və bəyənilən Sadiq transfer pəncərəsi bağlı olduğu üçün geri qayıtmış və yayadək gözləməli olmuşdu.
O vaxt "Qarabağ"ın icazəsi ilə baxışa yollanan Sadiqin keçidi bugünlərdə reallaşacaq. O, hazırda "Qarabağ"ın əvəzedici komandası ilə məşq edir.
Mirağa