"Mançester Yunayted"in 5 futbolçusu klub rəhbərliyinə komandadan ayrılmaq istədiklərini bildiriblər.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, söhbət Markus Raşford, Entoni, Alexandro Qarnaço, Tirell Malasiya və Ceydon Sançodan gedir.
“Mançester Yunayted” həll yollarını tapmaq üçün onlara daha çox vaxt verməyi qərara alıb və oyunçuların məşqlərə qayıtması tarixini iyulun ikinci yarısına təxirə salıb.
Beş oyunçudan yalnız Qarnaço bütün son mövsümü mankunianlıların heyətində keçirib, qalanları icarədə olublar.
Mirağa