"Neftçi"dən ayrılan müdafiəçi Azər Salahlı "İmişli" klubuna keçib.
Fanat.Az xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.
Onunla 1 illik müddətə müqavilə bağlanılıb.
31 yaşlı futbolçu Azərbaycan çempionatları tarixində 200 matç keçirib.