ABŞ-də təşkil olunan klublararası dünya çempionatında bu gün son yarımfinalçılar bəlli olacaq.
Fanat.Az xəbər verir ki, 1/4 final mərhələsinin ikinci oyun günündə 2 matç keçiriləcək.
Avropa nəhənglərinin iştirakı ilə baş tutacaq hər iki görüş gərgin mübarizə vəd edir.
Əvvəlcə PSJ ilə "Bayern Münhen" münasibətlərinə aydınlıq gətirəcəklər. Fransa və Almaniya çempionlarının dueli saat 20:00-da başlayacaq.
Gecəyarı, Bakı vaxyı ilə saat 00:00-da isə "Real Madrid" - "Borussiya Dortmund" matçı start götürəcək.
Qalib komandalar yarımfinalda bir-birilərinə rəqib olacaqlar. Digər yarımfinal qarşılaşmasında isə İngiltərə nəhəngi "Çelsi" Braziliya "Fluminense"si ilə üz-üzə gələcəklər.