"Kəpəz" yeni futbolçu transferini açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Şakir Seyidov növbəti dəfə bölgə klubunda çıxış edəcək. Müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, oyunçu 2023/2024 mövsümündə də "Kəpəz"in formasını geyinib. Həmin dövrdə "Sabah"dan icarəyə götürülmüş futbolçu 28 matçda 1 qola imza atıb. Seyidov son mövsümü də "Sabah"da keçirib.