"Kəpəz" növbəti transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, Gəncə klubu portuqaliyalı mərkəz müdafiəçisi Pedru Qomeşi heyətinə cəlb edib.
Bu barədə qərb təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Onunla 2 illik müqavilə imzalanıb.
22 yaşlı müdafiəçinin son klubu vətənində "Boavişta" olub.
Qeyd edək ki, "Kəpəz" bu gün müdafiəçi Şakir Seyidovun da keçidini açıqlayıb.