"Sabah"ın UEFA Avropa Liqasının birinci mərhələsindəki rəqibi olan "Sele"nin ölkəmizə səfər planları bəllidir.
Bakı təmsilçisinin sözçüsü Elnur Həmidovun Fanat.Az-a verdiyi məlumata görə, Sloveniya komandası Bakıya oyundan bir gün əvvəl - 9 iyulda gələcək.
Rəqib "Hyatt Regency" otelində məskunlaşacaq.
Qeyd edək ki, iyulun 10-da Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq görüş saat 20:00-da start götürəcək. Cavab matçı iyulun 17-də səfərdə keçirəcək.
Mirağa