İngilis hücumçu Kallum Uilson "Nyukasl"dan ayrılıb.
Fanat.Az xəbər verir ki, 33 yaşlı forvardın gedişini "sağsağanlar"ın mətbuat xidməti yayıb.
Son beş mövsümü "Nyukasl"da keçirən Uilson 2020-ci ildə "Bornmut"dan transfer olunmuşdu.
O, ötən mövsüm 22 matçda iştirak edib və bütün turnirlərdə cəmi 1 qol vurub.
"Transfermarkt" hazırda futbolçunu 8 milyon avro qiymətləndirir.
"Nyukasl" ötən mövsüm Premyer Liqada beşinci yeri tutub və bu nəticə "sağsağanlar"a gələn mövsüm Çempionlar Liqasında oynamağa imkan verəcək.
Mirağa