Avrokuboka hazırlaşan “Zirə” futbolçusu Georgi Papunaşvili ilə yeni iki illik müqavilə bağlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə "qartallar"ın rəsmi saytı məlumat yayıb.
Gürcüstanlı yarımmüdafiəçi ilə 2026/2027 mövsümünün sonuna qədər anlaşma əldə olunub.
Qeyd edək ki, Papunaşvili 2024-cü ilin yayından "Zirə"nin formasını geyinir.