Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" Ukrayna "Metallist"i ilə yoxlama matçına çıxıb.
Fanat.Az xəbər verir ki, tərəflər hər biri yarım saatdan ibarət dörd hissəlik oyun keçiriblər.
Avstriyadakı "Ulrich Sportplaz" stadionunda keçirilmiş qarşılaşma xarkovluların qələbəsi ilə yekunlaşıb - 5:4.
Qeyd edək ki, bu, "Qarabağ"ın Avstriya toplanışında ilk, "Metallist"in üçüncü yoxlama oyunu olub.
Yoldaşlıq oyunu
7 iyul
"Qarabağ" - "Metallist" 4:5
Qollar: Nəriman Axundzadə, 3; 13. Aleksey Kaşuk, 97. Emmanuel Addai, 114-pen. - Ermir Raşitsa, 11. Matvey Pançenko, 26. Artyom Şabanov, 45. Ramik Hacıyev, 71. Ari Mura, 83-pen.