ABŞ-də təşkil olunan klublararası dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün turnirin yarımfinal mərhələsi start götürəcək.
1/2 finalın ilk görüşündə Braziliya "Fluminense"si ilə İngiltərə Nəhəngi "Çelsi" üz-üzə gələcək. Oyun saat 23:00-da başlayacaq.
F qrupundan pley-offa 2-ci yerin sahibi kimi yüksələn "Fluminense" 1/8-də İtaliya "İnter"ini, 1/4-də isə "Əl-Hilal"ı mübarizədən kənarlaşdırıb.
"Çelsi" isə D qrupunda "Flamenqo"dan geri qalaraq 2-ci olub. Londonlular 1/4-ə isə "Benfika"nı, yarımfinala "Palmeyras"ı yenərək adlayıb.
Digər yarımfinal oyunu sabah baş tutacaq. Finalın ikinci iştirakçısı PSJ - "Real Madrid" qarşılaşmasında bəlli olacaq. Final oyunu 13 iyulda baş tutacaq.