"Napoli" "Qalatasaray"ın hücumçu Viktor Osimhen üçün cəlbedici təklifini rədd edib.
Fanat.Az xəbər verir ki, məlumatı "Sky Italia" yayıb.
Mənbənin məlumatına görə, Türkiyə çempionu qarşı tərəfə 60 milyon avroluq təklif ünvanlayıb və rədd cavabı alıb. Futbolçunun müqaviləsində xarici klublara şamil edilən 75 milyon sərbəstqalma maddəsi var.
Osimhenin "Napoli" ilə müqaviləsinin müddəti 2025/26 mövsümünün sonuna kimidir.
Osimhen ötən mövsüm "Qalatasaray"da icarə əsasında çıxış edərək Türkiyə Super Liqasında 30 matçda 26 qol vurub, 5 məhsuldar ötürmə edib.
Mirağa