13:56 08.07.2025 202

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

Cümə axşamı "Sabah" UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Sele" ilə qarşılaşacaq. Sloveniyalılarla Bakıda üz-üzə gələcək Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda ilk görüşdə sərfəli nəticə əldə etməyə çalışacaq.

Azərbaycan millisinin sabiq çalışdırıcısı Şahin Diniyevlə əlaqə saxlayıb matç barədə fikirlərini öyrəndik.

Diniyevin Fanat.Az-a açıqlaması belə oldu: 

"Birinci oyunlar həmişə çətin olur. Ona görə proqnoz verərkən ehtiyatlı olmaq lazım gəlir. Adətən belədə ötən çempionata, komandaların əvvəlki durumuna əsasən danışmaq lazım gəlir. Amma mövsüm bitdikdən sonra komandalarda dəyişiklik çox olur ki, bu da oyuna təsirsiz ötüşmür. "Sabah"da dəyişiklik daha çox olub. Həm baş məşqçisi dəyişib, həm də gedən və gələn futbolçular var. 

"Sele" sıradan rəqib deyil. Əslində, rəqibi gözümüzdə çox şişirtməyə ehtiyac yoxdur. Ortabab bir rəqibdir. Məlumatım var ki, topla oynamağı sevən, ona nəzarət etməyi xoşlayan komandadır. Bu cəhətinə görə, daha çox atletik və fiziki keyfiyyətləri ilə seçilən şərqi Avropa ölkə təmsilçilərindən fərqlənir. "Sele"nin topa bağlı olması da başadüşüləndir, çünki baş məşqçisi ispan Alberto Rieradır. Yəni Sloveniya komandası hardasa İspaniya futboluna yaxın dəst-xəttə malikdir.

Qeyd etdiyim kimi, cütün taleyi haqda ilk oyundan sonra danışmaq daha yaxşı olar. İndi bu barədə nəsə demək qaranlıq otaqda pişik axtarmağa bənzəyir. Hazırlıq dönəmidir və hər iki komanda ilk oyuna optimal formada çıxa bilməyəcək. Birinin digəri üzərində üstünlüyünü hətta hazırlıq dönəmindəki bir həftəlik tsikl də təmin edə bilər. Ümid edək ki, "Sabah" Bakıda qalib gəlib bir həftə sonra səfərdəki görüşdə də üstünlüyü qorumaqla mərhələni adlayan tərəf olacaq. Təmsilçimizə uğur arzulayıram".

Qeyd edək ki, iyulun 10-da Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq görüş saat 20:00-da start götürəcək. Cavab matçı iyulun 17-də səfərdə keçirəcək.

Mirağa  

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
16:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

Facebookdan bizi izləməyi unutmayın.
X