UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Sele" ilə qarşılaşacaq "Sabah"ın səfər matçının bilet qiymətləri açıqlanıb.
Fanat.Az Sloveniya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, böyüklər üçün qiymətlər 15 avro olacaq.
Uşaqlar üçün biletlərin qiymətləri isə 7 avro təşkil edəcək. Ancaq biletlər matç günü alınarsa, böyüklər 17 avro ödəməli olacaqlar. Matç günü bilet alan uşaqlar üçün isə qiymətlərdə dəyişiklik edilməyəcək.
Qeyd edək ki, “Sabah” – “Sele” görüşü iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.