UEFA "Real Madrid" klubunun Kilian Mbappe, Antonio Rüdiger və Dani Sebalyosun cəzası ilə bağlı apellyasiya şikayətini rədd edib.
Fanat.Az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Qurum ulduz oyunçuları Çempionlar Liqasının 1/8 finalında "Atletiko Madrid" üzərində qələbəni qıcıq doğuracaq şəkildə həddən artıq çılğınlıqla qeyd etdiklərinə görə cəzalandırıb.
Həmin vaxt futbolçular diskvalifikasiya ilə hədələnsə də, UEFA yalnız pul cəzası ilə kifayətlənib. Nətiədə Mbappe 30 min, Rüdiger 40 min, Seballos isə 20 min avro cərimələnib.
Xatırladaq ki, adıçəkilən futbolçular Çempionlar Liqasının 1/8 finalında “Atletiko Madrid”ə penaltilər seriyasında qalib gəldikdən sonra “Metropolitano” stadionunda rəqib azarkeşlərə təxribat xarakterli jestlər nümayiş etdirmişdilər. Xüsusilə, Rüdiger baş barmağı ilə boğazı kəsmə hərəkətini təqlid etmişdi.
Mirağa