"Mançester Yunayted"in keçmiş baş məşqçisi Ser Aleks Ferqyuson futbol tarixində ən yaxşı britaniyalı oyunçunun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, əfsanəvi mütəxəssisin fikirlərini "GiveMeSport" belə təqdim edib:
"Corc Best - o, fantastik futbolçu idi. Britaniya futbolunda ondan yaxşısı yoxdur. Təəssüf ki, o, nə dünya, nə də Avropa çempionatında final oynaya bildi. Finallar adətən futbolçuların layiqincə tanınmasına kömək edir".
Corc Best 1963-1974-cü illərdə "Mançester Yunayted"də çıxış edib və bu müddət ərzində 361 oyuna çıxaraq 137 qol vurub.
Daha sonra o, "Los Angeles", "Fulhem", "Reyncers" və başqa komandalarda oynayıb.