"Bayern Münhen"in və Almaniya millisinin yarımmüdafiəçisi Camal Musiala əməliyyat olunub.
Fanat.Az xəbər verir ki, bu barədə Bundesliqa nəhənginin mətbuat xidməti məlumat yayıb.
Klublararası dünya çempionatından qayıtdıqdan sonra aparılan cərrahi müdaxilənin uğurlu olduğu qeyd edilir.
Turnirin 1/4 finalında “Bayern” – PSJ arasında matçında 22 yaşlı hücumameyilli yarımmüdafiəçinin topuğu və fibula sümüyü sınıb. Münhen komandası iki qol buraxaraq yarışdan kənarlaşdırılıb (0:2).
Ulduz futbolçu yaxın bir neçə ay ərzində hazırkı Almaniya çempionuna kömək edə bilməyəcək. Konkret, Musialanın sağalmasının təxminən üç-dörd ay çəkəcəyi gözlənilir.
Mirağa