"Şaxtyor Donetsk"in idman direktoru Dario Srna türkiyəli baş məşqçi Arda Turanın Ukrayna nəhənginə keçidi ilə bağlı danışıqların təfərrüatlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, xorvatiyalı funksioner "Marca" nəşrinə bu barədə belə deyib:
"Biz belə qərarlar verməkdən qorxmayan klubuq. Arda da mənim və komandamız kimi ac, gənc, iddialı və qalib ruhlu biridir.
Onu inandırmaq asan idi. Müharibə və ya müqavilə haqqında soruşmadı. Sadəcə futbol, oyunçular və komanda haqqında danışdıq. Bir telefon zəngi kifayət idi. O dedi: "Mən hazıram. Bu mənim şansımdır və mən bundan istifadə etmək istəyirəm. Narahat deyiləm, ən yüksək səviyyədə məşqçi olmaq istəyirəm və "Şaxtyor" mənim üçün böyük addımdır".
Arda Turan Donetsk təmsilçisinin baş məşqçisi kimi iyulun 10-da Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Finlandiya "İlves"i ilə matçda rəsmi debüt edəcək.
Mirağa