"Sele" ilə oyuna ciddi hazırlaşırıq".
Fanat.Az xəbər verir ki, bu sözləri “Sabah”ın qapıçısı Stas Pokatilov UEFA Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Sele” komandası ilə keçirəcəkləri görüşdən əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, şansların əlli-əlliyə olduğunu bildirib: "Rəqibi tanıyırıq. Güclü komandadır. Ötən mövsüm Avropada layiqincə mübarizə aparıblar. Lakin azarkeşlərimizi sevindirmək istəyirik".
Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 10-da Bakıda, cavab matçı isə iyulun 17-də Selye şəhərində keçiriləcək.