UEFA Konfrans Liqasında 2025/26 mövsümü start götürüb.
Fanat.Az xəbər verir ki, 1-ci təsnifat mərhələsinin ilk oyun günü iki matçla başlayıb.
Günün qarşılaşmaları Cəbəllüttariq ilə Maltada baş tutub. ''Sent Josef'' öz meydanında "Kliftonvill" ilə məhsuldar heç-heçəyə nail olub. "Floriana" isə minimal hesabla qalib gəlib.
1-ci təsnifat mərhələsinin cavab oyunları iyulun 17-də keçiriləcək.
UEFA Konfrans Liqası
1-ci təsnifat mərhələsi, ilk oyunları
8 iyul
"Sent Josef" (Cəbəllütariq) - "Kliftonvill" (Şimali İrlandiya) 2:2
"Floriana" (Malta) - "Xaverfordvest" (Uels) 2:1