Türkiyə Super Liqasını 2-ci pillədə başa vuran ''Fənərbağça'' yeni mövsümün hazırlıqlarını davam etdirir.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi İtaliya ''İnter''inin futbolçusu Mehdi Taremi ilə yaxından maraqlanır.
Bu barədə məlumatı tanınmış insayder Cianluca Di Martsio yayıb.
Klubların artıq danışıqlara başladığı bildirlir.
''Fənərbağça'' ilə yanaşı, ''Fulhem'' də Tareminin transferində maraqlıdır.
Qeyd edək ki, iranlı hücumçunun transfer dəyəri 3.5 milyon avro olaraq qiymətləndirilib.