Ötən mövsüm ''Qalatasaray'' ilə Türkiyə çempionu olan Fernando Muslera yeni klubunda ilk matçına çıxıb.
Fanat.Az xəbər verir ki, karyerasına ''Estudiantes'' ilə davam edən uruquvaylı qolkiper debüt oyununu ''Velez Sarsfield''-a qarşı keçirib.
Görüş ''Velez Sarsfield''in 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Musleranın qapısında gördüyü ikinci qoldan sora hakimlərə sərt etirazı Argentina mediasında müzakirəyə səbəb olub.
Qeyd edək ki, 39 yaşlı qapıçı bu matça əsas heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
Kamil Xudiyev