"Kəpəz" daha bir futbolçu ilə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Müqaviləsinin müddəti başa çatan Rauf Hüseynli ilə yollar ayrılıb.
Müdafiəçi ötən mövsüm 27 çempionat matçında meydana çıxaraq 2 qol vurub, 2 assist edib.
Qeyd edək ki, qərb təmsilçisi ötən mövsüm başa çatdıqdan sonra baş məşqçi Azər Bağırovdan başqa, heyət üzvlərindən İqor Xvalko, Karim Lkoça, Radi Ardazişvili, Trent Buhagiar, Dioqu Verdaşka, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərovla yollarını ayırıb.