''Real Madrid''dən ayrılıb Braziliya millisinə rəhbərlik edən Karlo Ançelottinin oğlu baş məşqçi kimi çalışacaq.
Fanat.Az xəbər verir ki, Davide Ançelotti ''Botafoqo'' ilə 1 illik müqavilə imzalayıb.
Bundan əvvəl ''Real Madrid'', ''Napoli'' , ''Bavariya'' , ''Everton'' və Braziliya millisində köməkçi məşqçi kimi çalışan Davide Ançelottinin yeni klubundaki performansı maraq doğurur.
Qeyd edək ki, bu Davidenin baş məşqçi kimi ilk təcrübəsi olacaq.
Kamil Xudiyev