2024/25 mövsümünü sonuncu yerdə başa vuraraq II Liqaya yuvarlanan "Qaradağ Lökbatan"ın məşqçilər korpusunda dəyişiklik olub.
Bu barədə Fanat.Az-a komandanın yeni baş məşqçisi Kamal Quliyev məlumat verib.
O, vaxtilə "Neftçala"da rəhbərliyi altında top qovan Musa Rəhimovu özünə köməkçi götürüb.
Qeyd edək ki, Kamal Quliyev bundan əvvəl Həbib Ağayevi və qapıçılarla işləyən Etibar Şükürovu məşqçilər korpusuna cəlb etmişdi.
Mirağa