İtaliyanın "Bolonya" klubu "Şaxtyor Donetsk"in braziliyalı vinger Kevinin mümkün transferi ilə bağlı Ukrayna nəhənginə təklif göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə "Globo Esporte" məlumat yayıb.
Mənbənin məlumatına görə, A seriyası klubu futbolçu üçün 25 milyon avro + 5 milyon bonus ödəməyə hazırdır.
Bundan əlavə, hər hansı sonrakı transferin məbləğinin 10 faizi "Palmeyra"ya gedəcək. Hansı ki, Kevin Donetsk klubuna məhz sözügedən klubdan keçib.
22 yaşlı braziliyalı 2024/25 mövsümündə "Şaxtyor"un heyətində 35 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.