Azərbaycan I Liqasında çıxış edən "Mingəçevir" komandasının baş məşqçi postuna yeni təyinat gerçəkləşib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Pro kateqoriyalı mütəxəssis Ramiz Məmmədov bu posta təyin olunub. Onunla 1 illik müqavilə imzalanıb. O, Füzuli Məmmədovu əvəzləyib.
Qeyd edək ki, "Mingəçevir" ötən mövsüm I Liqada 27 oyundan 35 xalla 4-cü yeri tutub.