FİFA milli komandaların yeni reytinqini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi Azərbaycan millisi sıralamada 3 pillə geriləyib.
Komandamız 1148 xalla 122-ci pillədə qərarlaşıb.
Reytinqə 1885.36 xalla son dünya çempionu Argentina yığması başçılıq edir. İspaniya (1867.09 xal) ikinci, Fransa (1862.03) isə üçüncüdür.
Azərbaycanın qonşu ölkələrindən İran 20-ci, Türkiyə 27-ci, Rusiya 35-ci, Gürcüstan 67-ci, Ermənistan 105-cidir.
Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərindən Ukrayna 26-cı, İslandiya isə 74-cü sıradadır.