İyulun 6-dan Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz"un ilk yoxlama oyunundakı rəqibi müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Kurban Berdiyevin baş məşqçisi olduğu komanda Türkiyənin I Liqa təmsilçisi "Çorum"la qarşılaşacaq.
Azərbaycan millisinin üzvü Coşqun Diniyevin, eləcə də "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçin heyətində olduğu "Çorum" ilə sınaq matçı iyulun 19-da baş tutacaq.
Ankaranın Qızılcahamam bölgəsindəki “Çam Otel”də məskunlaşan tovuzlular bundan sonra Boluya yollanaraq toplanışın ikinci mərhələsini orada davam etdirəcək. “Von Resort Abant” otelində məskunlaşacaq bölgə klubunun Bolu toplanışı 24 iyul – 6 avqust tarixləri arasında baş tutacaq. Həmin arada daha 3 oyun keçirməyi planlaşdıran Kurban Berdıyevin komandasının rəqiblərindən birinin Cənubi Azərbaycan təmsilçisi "Traktor" olacağı gözlənilir.
Mirağa