“Şamaxı” klubu növbəti legioner futbolçu transfer edib.
Fanat.Az xəbər verir ki, məlumatı bölgə klubunun mətbuat xidməti yayıb.
Braziliyalı mərkəz müdafiəçisi David Tomaz Dos Santos Oliveyranı ilə müqavilə bağlanılıb.
24 yaşlı stopper "1+1" illik sözləşməyə imza atıb.
Qeyd edək ki, David son olaraq Portuqaliyanın “Kovilya” klubunda çıxış edib.