“Turan Tovuz" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
“Bozqurdlar” “Sabah”ın oyunçusu Abdulla Rzayevi icarəyə götürüb.
“Şamaxı”, “Kəpəz” və “Araz-Naxçıvan”ın da formasını geyinmiş 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.