Avrokubokların I təsnifat mərhələsinin ilk görüşlərindən sonra ölkələrin UEFA reytinqi yenilənb.
Fanat.Az-ın məlumatına görə, Azərbaycan UEFA əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib.
"Sabah" Avropa Liqasına məğlubiyyətlə (2:3) başlamaqla siftəni korlayıb.
Beləliklə, qitə sıralamasına 29-cu yerdə başlayan Azərbaycanın mövqeyi dəyişməz qalıb. Hazırda ölkəmizin əmsalı 17.125-ə bərabərdir. "Sele"nin "Sabah"a qalib gəlməsi 26-cı sırada olan Sloveniyanın aradakı fərqi artırmasına yol açıb. Sözügedən ölkənin hazırda 18.593 əmsal xalı var. Azərbaycanın üst pillədəki qonşusu Ukraynanın hesabında 17.850, 30-cu yerdə olan Bolqarıstanın isə 16.250 xalı var.
55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (90.839) başçılıq edir.
Mirağa