"Bayern Münhen"in iki oyunçusu "Barselona"nın transfer hədəfinə düşüb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Bayern & Germany" yayıb.
Mənbənin məlumatına görə, Kataloniya nəhəngi Dayo Upamekano və Kim Min Ce ilə ciddi maraqlanır. "Barselona"nın idman direktoru Deko bu ikilinin səviyyəsini yüksək qiymətləndirir. "Barselona" uruqvaylı Ronald Arauxo ilə yollarını ayırmaq istəyir ki, belədə "Bayern"li müdafiəçilərə təklif göndəriləcək.
Upamekano müqavilə əsasında gələn ilin ortalarına qədər Münhen klubuna bağlıdır. Ceyə gəlincə, koreyalı müdafiəçinin müqaviləsinin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub.