Azərbaycan Premyer Liqasının yeni mövsümünə və Çempionlar Liqasına Avstriyada hazırlaşan "Qarabağ" təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyunlarını keçirəcək.
Fanat.Az xəbər verir ki, "köhlən atlar" gün ərzində iki sınaq matçına çıxacaq.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderland təmsilçisi "Tvente" ilə üz-üzə gələcək.
İlk görüş Bakı vaxtı ilə saat 17:00-da, ikinci isə 19:15-də başlayacaq.
Qeyd edək ki, "Qarabağ" Avstriyadakı ilk oyunda Ukrayna "Metallist Xarkov"una 4:5 hesabı ilə uduzub. "Köhlən atlar" Bakıdakı hazırlıq prosesi çərçivəsində isə "Zirə"ni 4:0 yenib.
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Azərbaycan çempionu növbəti mərhələdə "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Potensial rəqiblə ilk görüş iyulun 22-də, cavab qarşılaşması 29-da baş tutacaq.
Qeyd edək ki, Avstriya toplanışına iyulun 2-də başlayan təmsilçimiz iyulun 16-da Bakıya qayıdacaq.