
"Bayer Münhen"dən Leroy Saneni transfer edən "Qalatasaray" daha bir ulduzu heyətinə qatmağa hazırlaşır
Fanat.Az xəbər verir ki, söhbət "Çelsi" forması geyinən Kristofor Nkunkudan gedir.
Bu barədə məlumatı "Aspor" yayıb.
Xəbərdə bildirilir ki, klub futbolçunu 1 illik icarə əsasında Türkiyəyə gətirəcək. Nkunku "Qalatasaray"a keçməyə razılıq verib.
Qeyd edək ki, ötən mövsüm 47 matçda iştirak edən fransalı ulduz bu matçlarda 15 qol və 5 asistlə fərqlənib.
Kamil Xudiyev