
"Neftçi"dən ayrılan Rəhman Hacıyevin yeni klubu müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, təcrübəli yarımmüdafiəçi karyerasını I Liqada davam etdirəcək.
"Səbail" artıq millimizin sabiq üzvü lə razılığa gəlib. Futbolçunun keçidi yaxın günlərdə rəsmən açıqlanacaq. O, iyulun sonunda növbəti mövsümün hazırlığına başlayacaq yeni klubunun düşərgəsinə qoşulacaq.
Qeyd edək ki ki, Hacıyev 2022-ci ildən “ağ-qaralar”da forma geyinirdi. 31 yaşlı yarımmüdafiəçi ötən mövsüm “Neftçi” forması ilə 20 matçda çıxış edib və məhsuldar göstərici ilə yadda qalmayıb.
Mirağa