
"Beşiktaş" yeni mövsümün hazırlıqlarını davam etdirir.
Fanat.Az xəbər verir ki, isveçli hücumçu Brel Embolo Türkiyə nəhənginə keçməkdən imtina edib.
Bu barədə məlumatı tanınmış insayder Fabrizio Romano yayıb.
Xəbərdə "qara-qartal"ın futbolçunun transferi üçün 15 milyon avro verməyə hazır olduğu lakin bu təklifin rədd edildiyi bildirilib.
Qeyd edək ki, 28 yaşlı forvard ilə "Milan" da yaxından maraqlanır.
Kamil Xudiyev